Avtobus aşdı: 27 ölü

Qəzalar 11 Fevral 2018 10:03 Oxunub 632
Avtobus aşdı: 27 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı avtobusda 40-dan çox sərnişin olub

İndoneziyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində onlarla insan ölüb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb. Yerli polisdən agentliyə verilən məlumatda qeyd edilir ki, hadisə Yava adasında baş verib. Belə ki, sərnişin avtobusu motosikletlə toqquşub. Qəza zamanı avtobus bir neçə dəfə aşıb. Nəticədə azı 27 nəfər ölüb. Hadisə zamanı avtobusda 40-dan çox sərnişin olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh