Bakıda “konduktor” sərnişinləri özündən çıxartdı – Qəribə hadisə…

Xəbərlər 11 Fevral 2018 22:15 Oxunub 1934
Bakıda “konduktor” sərnişinləri özündən çıxartdı – Qəribə hadisə…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir nəfər sərnişinlərdən pul yığıb və avtobusu tərk edib

Bakıda ictimai nəqliyyatda qəribə hal yaşanıb. Avtosfer.az minval.info-ya istinadən xəbər verir ki, 114 nömrəli marşrut avtobusunda bir nəfər sərnişinlərdən pul yığıb və nəqliyyat vasitəsini tərk edib. Hadisə şahidləri bildirir ki, həmin şəxs sərnişinlərə yaxınlaşıb və onlara əlini açıb. Avtobusda olanlar isə ona pul veriblər. Həmin şəxs isə hamıdan 20 qəpik yığdıqdan sonra nəqliyyat vasitəsindən enərək oradan uzaqlaşıb. Bunu görən bəzi sərnişinlər narazılıqlarını dilə gətiriblər. Onlar həmin şəxsin konduktor olduğunu düşündüklərini əsas gətirərək gediş haqqını ödəməkdən imtina ediblər. Lakin sonradan sərnişinlərdən pul yığanın dilənçiliklə məşğul olduğu ortaya çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh