Ekskursiya vertolyotu qəzaya uğradı: 3 ölü

Qəzalar 12 Fevral 2018 09:00 Oxunub 583
Ekskursiya vertolyotu qəzaya uğradı: 3 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha 4 nəfər son dərəcə ağır vəziyyətdədir

ABŞ-ın məşhur gəzməli-görməli yeri olan Grand Kanyon yaxınlığında birmühərrikli ekskursiya vertolyotu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KPNX telekanalı məlumat yayıb. Qəzaya uğrayan vertolyot "Eurocopter EC130" tipli olub. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hava gəmisinin göyərtəsində azı 7 nəfər olub. Arizona ştatı polisinin məlumatına görə, 4 zərərçəkmişə hadisə yerində tibbi yardım göstərilib. Onların vəziyyəti son dərəcə ağırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh