Qəzaya uğrayan "An-148" təyyarəsində Azərbaycan vətəndaşının olması təsdiqlənib

Qəzalar 12 Fevral 2018 07:11 Oxunub 734
Qəzaya uğrayan "An-148" təyyarəsində Azərbaycan vətəndaşının olması təsdiqlənib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub

Rusiya FHN qəzaya uğrayan "An-148" təyyarəsinin göyərtəsində iki xarici vətəndaş - Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında yerləşdirilən həlak olanların yenilənmiş siyahısında qeyd olunur: "Ulrich Klaeui — İsveçrə Konfederasiyasının vətəndaşı, Namiq Qəhramanov - Azərbaycan Respublikasınını vətəndaşı". Qeyd edək ki, ötən gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh