DİN-dən pulu oğurlanan idmançı barədə AÇIQLAMA
Polis - 100 il 12 Fevral 2018 18:26 367 dəfə oxunub
DİN-dən pulu oğurlanan idmançı barədə AÇIQLAMA
Orxan Mansurzadə: "Fəridə Əzizovanın istintaqdan narazı olması üçün ciddi səbəb yoxdur"

Azərbaycanın peşəkar taeкvondoçusu Fəridə Əzizovanın mənzilində oğurluq hadisəsi ilə bağlı xəbər vermişdik. F. Əzizova mətbuata açıqlamasında iştintaqdan narazı qaldığını bildirmişdi.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Fəridə Əzizovanın istintaq orqanından narazı olması üçün ciddi səbəb yoxdur. “İstintaq öz üzərinə düşəni edib və etməkdədir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq hərəkətləri keçirilib, xanım zərərçəkmiş şəxs qismində tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən Nicat İsrafilov tutularaq istintaqa cəlb olunub və barəsində həbs-qəti imkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən adı istintaqa məlum olan və hadisəni törətməkdə şübhəli bilinən ikinci şəxsin də məsuliyyətə cəlb olunması, dəymiş maddi ziyanın da ödətdirilməsi istiqamətdə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.”

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh