Sumqayıtda da piyadalara qarşı reyd keçirildi – Cəzalananlar var - VİDEO

Avtoreyd 12 Fevral 2018 23:26 Oxunub 1699
Sumqayıtda da piyadalara qarşı reyd keçirildi – Cəzalananlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçidlərdən düzgün istifadə etməyən insanlar müxtəlif bəhanlər gətiriblər

Sumqayıt şəhərində yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin bir neçə küçə və prospektində baş tutub. Reyd zamanı bir neçə piyada inzibati qaydada cərimələnib. Bundan əlavə, öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb.Xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib.

Bəzi piyadalar yazılan cərimələrə etiraz da ediblər. Bəzən bilərəkdən, bəzən də bilməyərəkdən piyadalar ücün nəzərdə tutulmuş keçidlərdən düzgün istifadə etməyən bu insanlar müxtəlif bəhanlər gətiriblər.

Sumqayıt şəhər DYP Şöbəsi yol hərəkəti içtirakçılarını qaydalara əməl etməyə çağırır. Şöbədən bildilirldi ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh