Ötən gün 114 cinayət faktı qeydə alınıb
Gündəm 13 Fevral 2018 09:47 130 dəfə oxunub
Ötən gün 114 cinayət faktı qeydə alınıb
Axtarışda olan 29 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onların da 20-si “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh