Masallı polisi 7 il əvvəl itkin düşmüş qadını axtarır - FOTO
Gündəm 13 Fevral 2018 10:07 181 dəfə oxunub
Masallı polisi 7 il əvvəl itkin düşmüş qadını axtarır - FOTO
Onu tanıyanlardan “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur

Masallı sakini itkin düşüb. Avtosfer.az-ın məlumatına görə, rayonun Təklə kəndində doğulmuş, hazırda Xoşçobanlı kəndində qeydiyyatda olan Məmmədova Ramilə Əsədxan qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb, indiyədək geri qayıtmayıb. Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də, sonradan belə olmadığı məlum olub. Ramilə Məmmədovanın əlamətləri belədir: Boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ-qara rəngli ətək, mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh