Yol polisi olmaq istəyənlərin nəzərinə!

Gündəm 7 May 2014 14:28 Oxunub 2574
Yol polisi olmaq istəyənlərin nəzərinə!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyi polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyənlərə müraciət edib

Daxili İşlər Nazirliyi polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyənlərə müraciət edib. Avtosfer.az saytı xəbər verir ki, müsabiqədə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Bununla yanaşı aşağıdakı şərtlərə uyğun vətəndaşlar müsabiqədə iştirak edə bilərlər:

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;

- boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;

- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən şəxslər.

Sözügedən şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilər.

 

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

nail 10 Noyabr 2014 22:55
Boyum 183 cekim.85.nece kime muraciet edim.