Vəzifəsindən çıxarılan müstəntiq: "Atası kömək istədi"
Gündəm 13 Fevral 2018 12:50 334 dəfə oxunub
Vəzifəsindən çıxarılan müstəntiq: "Atası kömək istədi"
Məhkəmə fevralın 20-də davam edəcək

Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən iş adamının 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, prosesdə dindirilən müstəntiq bildirib ki, Rəhimin atası könüllü şəkildə gəldi, hadisəni oğlunun törətdiyini etiraf etdi: "Atasına bildirdik ki, oğlunu gətirsin. Noyabrın 14-də axtarışa verdik, 20-də gəldi".

"Rəhim istinaqa gələnə qədər onun atası ilə 2-dəfə  iş yerində görüşdük. İkinci dəfə görüşəndə oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar gedib. Ancaq onu tapmadılar".

Rəhim Rəhimov bildirib ki, hadisəni törədən sonra hər gün universitetə gedib: " Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi və yanımdan iki dostumu apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi".

Daha sonra şahid qismində polis baş leytenantı Asif Kərimov dindirilib. O, YPX-a əməkdaşı olduğunu deyib: "O bildirib ki, ifadə  vermək üçün müstəntiq Vüqar Abbasovun otağına getdim, dedi səni izahat verməyə çağıracam. Dedim baş üstə çağıranda gələrəm. Lakin ondan sonra məni çağırmayıb. Mən ifadə verməmişəm".

Müstəntiq Vüqar Abbasov isə bildirib ki, Asif Kərimovu dindirib, lakin xatırlamır.

Daha sonra şahid qismində Təcili Yardım Stansiyasında çalışan Arzu Əliyev dindirilib. O bildirib  ki, hadisə yerində olub: "Biz hadisə yerinə çatdıq. Qadın artıq keçinmişdi. Orda soruşduq ki, hadisəni kim törədib, dedilər cavan uşaqdır. Həmin cavan oğlan avtomaşının yanındaydı. Onun da yanında polislər vardı".

Təqsirləndirilən Rəhim Rəhimovun vəkili Muxtar Mustafayev vəsatət verək  yol hərəkət hadisəsi ilə bağlı təkrar ekspertiza keçirilməsini tələb edib: "Hadisə vaxtı yer yaş olub. Və texniki imkan olmayıb. Biz, ümumiyyətlə, özümüzü təqsirli bilmirik".

 

Vəsatətin müzakirəsi gələn prosesə saxlanılıb. Məhkəmə fevralın 20-də davam edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh