Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı
Gündəm 13 Fevral 2018 14:25 133 dəfə oxunub
Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı
Ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb. Trend-in məlumatına görə, Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb. Qeyd olunur ki, ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq: “Kostanaydan Türkiyəyə birbaşa yük marşrutunun açılması qazaxıstanlı sahibkarlar üçün böyük imkanlar yaradır. Gələcək bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır.” Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabrında işə salınıb. Açılış mərasimi oktyabrın 30-u Bakıda baş tutub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh