Müştərək avtomobil zavodunun açılışı olacaq - Martda  

Avtoxəbər 13 Fevral 2018 16:05 Oxunub 2009
Müştərək avtomobil zavodunun açılışı olacaq - Martda   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu müştərək şirkət İran Azərbaycanla birgə yaradılıb

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq. Bunu APA-nın Tehran bürosuna açıqlamasında “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib. O deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.  "Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək", - deyə baş direktor vurğulayıb. Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh