"Həzi Aslanov" stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb
Gündəm 13 Fevral 2018 17:09 52 dəfə oxunub
"Həzi Aslanov" stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb
Eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb

Bu gün "Həzi Aslanov" stansiyasında ötən ilin noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib. "Bakı Metropoliteni" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb. Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avadanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir. 2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh