DYP-nin 6-cı tağımı Qaradağda yollara nəzarəti gücləndirib - VİDEO

Yol polisi 13 Fevral 2018 17:23 Oxunub 1530
DYP-nin 6-cı tağımı Qaradağda yollara nəzarəti gücləndirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tağımın rəhbləriliyi əhali ilə görüşlər keçirir, yollarda nişanları bərpa edir

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmaəti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Sahil qəsəbəsində yerləşən 273 nömrəli orta məktəbdə şagirdlərin, müəllim və valideynlərin iştirakı ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, DİN və DYP rəhbərliyinin tapşırığı ilə baş tutan görüşdə yol hərəkəti qaydaları ilə maarifləndirici söhbətlər aparılıb, piyadaların yollarda hərəkətinə dair tövsiyyələr verilib, onlara keçidlərdən istifadənin həyat və sağlamlıq üçün nə qədər önəmli olması izah edilib.

Görüşdə qeyd olunub ki, YPXA-nın 6-cı tağımının əməkdaşları xidməti ərazidəki çatışmazlıqları araşdırıb, əhalinin müraciətləri də nəzərə alınmaqla bir sıra işlər görülüb. Belə ki, son bir neçə gündə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273, 228 və 319 saylı orta məktəblərin qarşısında müvafiq yol nişanları quraşdırılıb və piyada zolağı çəkilib. Bundan başqa, Ümid qəsəbəsindəki 294 və Səngəçal qəsəbəsi ərazisindəki 222 nömrəli məktəblərin də qarşısında nişanlar quraşdırılmaqla piyada zolaqları çəkilib.

Baş DYP-nin 6-cı tağımının rəhbərliyi fevralın 16-da Səngəçaldakı 222, fevralın 23-də Qobustandakı 223, Ələtdəki 302 nömrəli orta məktəblərdə görüşlər keçirəcək.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh