Astarada reyd zamanı 50 nəqliyyat vasitəsi saxlanılıb - VİDEO
Yol polisi 14 Fevral 2018 23:48 103 dəfə oxunub
Astarada reyd zamanı 50 nəqliyyat vasitəsi saxlanılıb - VİDEO
Onlardan 30-u barəsində müvafiq protokollar tərtib olunub

Astarada rayon Polis şöbəsinin Baş Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, rayonun iki istiqamətində - dağətəyi ərazi olan Siyəku-Vaqo kənd yolu və Ələt-Astara magistral yolunun 219.5 km-də təşkil olunan reyd zamanı 50 avtomobil saxlanılıb. Onlardan 30-u barəsində müvafiq protokollar tərtib olunub. Reydlərin keçirilməsində məqsəd, əsasən istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələrinin aşkarlanması olub.

Reyd zamanı sürücülər tərəfindən digər kobud qanun pozuntuları da qeydə alınıb. Sürücülər nəqliyyat vasitəsini müvafiq vəsiqə olmadan idarə etmə, azyaşlı uşağı ön oturacaqda əyləşdirmə, nəqliyyat vasitəsinə müxtəlif dəyişikliklər etmə və avtomobilə əlavə qurğular quraşdırmağa görə saxlanılıblar. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Hətta DYP əməkdaşının "saxla!" əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyənlər də olub. Reyd zamanı ən maraqlı məqam isə sərnişin mikroavtobusundan mal-qara daşınması üçün istifadə olunması faktı olub.

 

Astara rayon Polis şöbəsi Baş Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimovun sözlərinə görə rayon ərazisində reydlərin keçirilməsi bundan sonra da aparılacaq. Bu cür reydlərin keçirilməsi vətəndaşların təhlükəsizliyinin qorunmasına xidmət edir.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh