Avtobusla yük maşını toqquşdu - 22 məktəbli ölüb

Qəzalar 14 Fevral 2018 09:45 Oxunub 922
Avtobusla yük maşını toqquşdu - 22 məktəbli ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqları daşıyan avtobus yük maşını ilə toqquşub

Nigeriyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 məktəbli və onları daşıyan nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb. Ölən uşaqlardan 12-si oğlan, 10-u isə qız olub. Daha 3 məktəbli xəsarət alıb. Yerli "Daily Post" qəzetinin yazdığına görə, şagirdlər radiostansiya redaksiyasına ekskursiyaya gedirlərmiş. Avtobus və yük maşını hər iki sürücünün yoldakı çalanı dövr edərək keçmək istəməsi səbəbindən toqquşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh