Betonqarışdıran maşında Ərəbistanda keçmək istəyən 22 miqrant saxlanılıb
Gündəm 14 Fevral 2018 09:47 116 dəfə oxunub
Betonqarışdıran maşında Ərəbistanda keçmək istəyən 22 miqrant saxlanılıb
Saxlanılan şəxslərdən 21-i Asiya və 1-i isə Afrika mənşəli olub

BƏƏ polisi betonqarışdıran maşının mikser hissəsində ölkə sərhədini keçmək istəyən 22 qeyri-qanuni miqrantı saxlayıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "The National" nəşri məlumat yayıb. Nəqliyyat vasitəsinin sürücüsü Omanla sərhəddəki "Khatam" gömrük məntəqəsində saxlanılıb. Yük maşını mikserinin içində 21 Asiya və 1 Afrika mənşəli şəxs olub. Şarja Əmirliyi polisindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh