Yaponiyada qar 15 nəfərin həyatına son qoydu
Gündəm 14 Fevral 2018 11:24 110 dəfə oxunub
Yaponiyada qar 15 nəfərin həyatına son qoydu
Ölüm hallarının Fukui, Niiqate və Toyame prefekturasında qeydə alındığı bildirilib

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Trend-in məlumatına görə, əsasən ölkənin şimalında isə güclü qar səbəbindən 222 nəfər müxtəlif dərəcəli zədə alıb. Ölüm hallarının Fukui, Niiqate və Toyame prefekturasında qeydə alındığı bildirilib.

 

Bölgələrdə yağan qarın hündürlüyünün 2 metrə çatdığı qeyd olunub. Məlumata görə, güclü qar səbəbindən ölkədə onlarla aviareys təxirə salınıb, bir çox istiqamətlərdə qatarların hərəkəti dayanıb, məktəblər bağlanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh