Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları həcmi artıb
Gündəm 14 Fevral 2018 12:24 84 dəfə oxunub
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları həcmi artıb
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 733,2 min ton, yük dövriyyəsi isə 11 427,3 milyon ton-km olub. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 32235,7 min tonu və ya 61,1%-i avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8%-i dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1%-i dəniz nəqliyyatı ilə daşınıb. 2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,8% artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh