Bakı-Köçərli sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılıb
Gündəm 14 Fevral 2018 15:21 123 dəfə oxunub
Bakı-Köçərli sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılıb
Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən

Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılıb. Bu barədə Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qurum vətəndaşların nəzərinə çatdırır ki, Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılır. Qeyd edək ki, QSC-nin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarına əsasən iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılmalı idi.

 

Fərid

ŞƏRH YAZ
Ad
E-mail
Şərh