DİN-dən vətəndaşlara yerində xidmət - FOTO

Yol polisi 14 Fevral 2018 16:09 Oxunub 1172
DİN-dən vətəndaşlara yerində xidmət - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədlərini elə öz kəndlərində yenilədilər

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, müəyyən səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar yaşayış məntəqələrinin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Masallı RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib .

Rayonun Xocavar, Təzə Alvadı, Köhnə Alvadı, Bambaşı, Çaxırlı, Sarıcəfərli və digər ətraf kəndlərində baş tutan tədbirlər zamanı ümumilikdə 280 nəfərin sənədləri qəbul edilib. Onların arasında ilk dəfə şəxsiyyət vəsiqəsi alanlar da olub.

Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Bu dəfə də polis əməkdaşları 4 sakini yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların yaşadıqları ünvanlara gedərək müvafiq sənədləri toplayıblar.   

Analoji tədbirlər digər kəndlərdə də davam etdirəcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh