Bakıda daha bir küçə əsaslı şəkildə təmir olundu - VİDEO

Yeniliklər 14 Fevral 2018 16:34 Oxunub 2215
Bakıda daha bir küçə əsaslı şəkildə təmir olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsindən gedir

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha bir küçədə aparılan əsaslı təmir işləri yekunlaşdırılıb. Söhbət 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsindən gedir. Aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib. Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılıb. Hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılmaqla və yolun üfiqi nişanlama xətləri çəkilməklə küçədə tam yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh