Avtobus avtomobillə toqquşdu: 4 ölü

Qəzalar 14 Fevral 2018 16:52 Oxunub 676
Avtobus avtomobillə toqquşdu: 4 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin sürücüsü idarəetməni itirərərək qarşıdan gələn avtobusla toqquşub

Türkiyədə dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə  Bingöl-Elazığ avtomobil yolunun 15-ci kilometrliyində baş verib. Elazığ istiqamətində hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərərək qarşıdan gələn avtobusla toqquşub. Nəticədə maşındakı dörd sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Avtobusdakı yeddi nəfər sərnişin isə yaralanıb. Dərhal hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadaları və polis cəlb olunub. Yaralılar Bingöl Dövlət Xəstəxanasına çatdırılıb. Qəzayla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh