Sədrin oğlunun avtomobilini qaçıran şəxslər qəzada öldülər - FOTO

Qəzalar 15 Fevral 2018 08:22 Oxunub 734
Sədrin oğlunun avtomobilini qaçıran şəxslər qəzada öldülər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktla bağlı rayon polisində araşdırma aparılır

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil. Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ.Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur. Faktla bağlı rayon polisində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh