"Niva" hasara çırpıldı: sürücü ölüb

Qəzalar 15 Fevral 2018 10:37 Oxunub 743
"Niva" hasara çırpıldı: sürücü ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün rayonun Çayqovuşan kəndi ərazisində qeydə alınıb. Qalacıq kənd sakini, 1966-cı il təvəllüdlü Məlikov Elxan Ağa oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobili qar və buz səbəbindən dairəvi yol ayrıcında idarəetmədən çıxaraq hasara çırpılıb. Sürücü Elxan Məlikov hadisə yerində ölüb,avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Hacıyev Asim Mustafa oğlu yüngül xəsarət alıb. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh