Mühərriki dayanan təyyarə təcili eniş edib

Qəzalar 15 Fevral 2018 10:57 Oxunub 698
Mühərriki dayanan təyyarə təcili eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident nəticəsində zərərçəkən olmayıb

Rusiyada Blaqoveşensk-Yakutsk marşrutu üzrə uçan  “Yakutsk” aviaşirkətinə məxsus “An 24” təyyarəsi hava limanına geri dönərək təcili eniş edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin nümayəndəsi bildirib. Onun sözlərinə görə, təcili eniş mühərriklərdən birinin sıradan çıxması səbəbindən baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb. Aviaşirkət təcili eniş etmiş təyyarənin sərnişinlərini aparmaq üçün yeni layner göndərib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh