İki avtomobil toqquşdu: sürücülər xəsarət alıb - Goranboyda

Qəzalar 15 Fevral 2018 11:20 Oxunub 684
İki avtomobil toqquşdu: sürücülər xəsarət alıb - Goranboyda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda baş verən avtomobil qəzasında sürücülər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində qeydə alınıb.  Belə ki, Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Rüfət Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinə yerindəcə tibbi yardım göstərilib, vəziyyəti normaldır. R.Hüseynov isə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh