Gənc qız qatar küləyinin təsirindən yıxılaraq ölümcül xəsarət alıb - Bakıda

Qəzalar 15 Fevral 2018 12:30 Oxunub 725
Gənc qız qatar küləyinin təsirindən yıxılaraq ölümcül xəsarət alıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb. "Report" xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb. Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır. Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh