Bakıda qulaqkəsən sürücünün VİDEOsu

Xəbərlər 31 Dekabr 2014 02:19 Oxunub 5674
Bakıda qulaqkəsən sürücünün VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediləcək

Bakı şəhər sakini Zahir Vəliyev Avtosfer.az saytına müraciət edərək tanımadığı sürücü tərəfindən təhdid olunduğunu bildirib. Z.Vəliyevin sözlərinə görə, hadisə dekabrın 30-da, təxminən saat 17:30 radələrində Gəncə prospektinin Xudu Məmmədov küçəsinin kəsişməsi ilə Ukrayna dairəsi arasında baş verib: «Mən işdən evə qayıdarkən həmin ərazidə arxadan sürətlə gələn avtomobilin səs siqnalı verərək yol istədiyini müşahidə etdim. Həmin ərazidə sıxlıq olmasını nəzərə alaraq imkan olan kimi avtomobilə yol verməyə çalışdım. Amma həmin avtomobilin sürücüsü mənim avtomobilimi keçdikdən sonra kobud şəkildə qəza şəraiti yaradaraq mənim maşınımı divar tərəfə sıxdı və qəzadan yayınmaq üçün maşını saxlamalı oldum. Videoda göründüyü kimi, həmin şəxs maşından düşərək məni nalayiq söyüşlərlə təhqir etdi, qulağımı kəsə biləcəyini və onun üçün məhdudiyyət ola bilməyəcəyini nəzərimə çatdırdı. Təbii ki, mən onun səviyyəsinə düşmədim və ona hərəkəti üçün cavab verəcəyini xatırlatdım. Maşının dövlət nömrə nişanı 10 GO 840, markası isə «Mercedes»dir.

Zahir Vəliyev bildirib ki, artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmək qərarına gəlib: «Belə intizamsız və qudurğan insanların cəzalandırılması lazımdır».

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zahir 10 Noyabr 2014 22:55
Siz ona vəkillik etməyin.Görüntüyə 1.15-dən sonra baxın.O vaxta qədər həmin maşına aidiyyatı yoxdur.Boş yer harda görürsünüz.Bir də ki o ağzınagələni danışıb qaçmasaydı siz deyən kimi olacaqdı.Mən onu çağırdım ki gəl aydınlaşdıraq görüm nə istəyirsən.Amma o qaçdı.Birdə sizdən soruşmaq istəyirəm yol istiyənə bir az gec yol verəndə siz onun yolunu kəsib aydınlaşdırmağa çalışırsınız