Formula 1 üçün bu tribunada yer qalmadı - Biletlər tamamilə satılıb  

Yarışma 15 Fevral 2018 15:15 Oxunub 1488
Formula 1 üçün bu tribunada yer qalmadı - Biletlər tamamilə satılıb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib

27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb. Trend-in məlumatına görə, Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. B.Özərdimin sözlərinə görə, xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75%-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh