Bakı Şəhər Halqası: "Azərbaycanı qane etməyən bəzi şərtlər var"

Yarışma 15 Fevral 2018 16:00 Oxunub 1617
Bakı Şəhər Halqası: "Azərbaycanı qane etməyən bəzi şərtlər var"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər ölkələr də şərtlərə yenidən baxırlar

"Hər iki tərəf əməkdaşlığın davam etdirlməsində maraqldır. Sadəcə, "Formula 1"in əvvəlki və hazırkı rəhbərliyinin iş formatlarında fərqlər var. Biz hazırda sabiq rəhbərliklə imzalanan müqaviləyə əsasən əməkdaşlıq edirik".  "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının Əməliyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formula 1" yarışlarının 2020-ci ildən sonra Azərbaycanda keçirilməyəcəyinə dair söz-söhbətlərə aydınlıq gətirərkən deyib. O bildirib ki, iki ildən sonra başa çatacaq hazırkı müqavilənin daha 5 il uzadılması ilə bağlı Azərbaycanı qane etməyən bəzi şərtlər var: "Məsələn, sponsorluq və gəlirləri qeyd edərdim. Məqsədimiz daha yaxşı şərtlərlə daha çox qazanc əldə etməkdir. Bu proses təkcə bizimlə bağlı deyil. "Formua 1"in rəhbərliyi dəyişdiyi üçün digər ölkələr də şərtlərə yenidən baxırlar".  Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh