Avtomobil piyadanı vurdu: sürücü qaçıb - Cəlilabadda

Qəzalar 16 Fevral 2018 11:32 Oxunub 923
Avtomobil piyadanı vurdu: sürücü qaçıb - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub. "Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, Biləsuvar rayonunun Amankənd kənd sakini, 1982-ci il təvəllüdlü Mahir Ramiz oğlu Əbilov magistralın qarşı tərəfinə keçmək istəyərkən naməlum avtomobil tətəfindən vurulub. Hadisəni törədən sürücü qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh