Yol hərəkəti təhlükəsizliyinin təmini başlıca vəzifələrdən biridir - FOTO

Yol polisi 16 Fevral 2018 11:43 Oxunub 1365
Yol hərəkəti təhlükəsizliyinin təmini başlıca vəzifələrdən biridir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orta məktəbdə maarifləndirici söhbətlər aparılıb, şagirdlərin sualları cavablandırılıb

Yollarda təhlükəsizliyin təmini məqsədi ilə növbəti tədbir Lənkəran rayonunun Veravul kənd tam orta məktəbində baş tutub. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə çıxış edən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bildirib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Həmçinin diqqətə çatdırılıb ki, Dövlət Yol Polisi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində qəzalarda ölən və yaralananların sayında azalma müşahidə olunur. Şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyyələr verilib. Bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilib. Xüsusən valideynlər tərəfindən azyaşlılara avtomobillərin etibar edilməsinin yol verilməz olduğu bildirilib.

Tədbirdə ŞRPŞ-nin inspektoru, polis baş leytenantı Orxan Şahmarov tərəfindən narkomaniya və erkən nikah hallarına qarşı mübarizə ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Şagirdlərin sualları cavablandırılıb.

 

Məhəmməd Rzayev

polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh