“Protiv” gedən xanım sürücüyə cərimə yazıldı – 100 manat 4 bal – VİDEO

Yol polisi 16 Fevral 2018 14:08 Oxunub 3607
“Protiv” gedən xanım sürücüyə cərimə yazıldı – 100 manat 4 bal – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi yayılan videonu dərhal araşdıraraq tədbir görüb

Bakıda qayda pozaraq avtomobillərin yolunu kəsən xanım sürücünün görüntüləri yol polisi tərəfindən araşdırılıb və tədbir görülüb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, fevralın 14-də paytaxtın Hüseynbala Əliyev küçəsində (“Yeganə” şadlıq sarayının yanında) qoşa xəttin tələbini pozaraq axına qarşı hərəkət edən 99-LM-404 qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü əks tərəfdən gələn sürücülərin hərəkətini iflic edib. Bu zaman əks tərəfdən 99-YP-468 qeydiyyat nişanlı YPX avtomobili ora yaxınlaşıb və bir qədər irəlidə həmin xanım sürücünün avtomobilini saxlatdıraraq ona inzibati protokol tərtib edib. Beləliklə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 4 bal, 100 manat cərimə edilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh