Yol polisi üçqat dünya çempionu oldu – Prezident ev verdi – FOTO

Yol polisi 16 Fevral 2018 16:38 Oxunub 4633
Yol polisi üçqat dünya çempionu oldu – Prezident ev verdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nicat Əliyev həm Azərbaycanın, həm də polisin adını yüksəklərə qaldırıb

Nicat İlqar oğlu Əliyevin 25 yaşı var. Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Növbətçi hissəsinin əməkdaşı, polis kiçik serjantıdır. İdmanla məşğul olan gənc polis əməkdaşı böyük uğurlara imza atıb və həm Azərbaycanın, həm də polisin adını yüksəklərə qaldırıb: “Kiçik yaşlarımdan idmanın sambo və universal döyüş idman növüylə məsğul olmağa başlamışam. Sambo idman növündən dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi oldum. Universal döyüş üzrə 12 dəfə Azərbaycan çempionu və Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsir olunmuş turnirlərdə 5 dəfə qalib olmuşam. Kişilər arasında üçqat dünya və beşqat Avropa çempionuyam. Dünya oyunlarının və Asiya kəmərinin qalibiyəm”.

Nicat Əliyev ötən ilin avqustunda 75 kq çəki dərəcəsində Ukraynanın Kobleva şəhərində Avropa, noyabrda isə Moskvada yenidən dünya çempionu olub. Dekabrın sonlarında cənab Prezdent İlham Əliyev idmançılarla görüş zamanı Nicat Əliyevi də mükafatlandırıb və ona mənzil hədiyyə edib: “Ölkə başçısının və Daxili İşlər Nazirliyi rəhbərliyinin mənə yaratdığı şərait nəticəsində bu uğurları qazanmışam. Fəxr edirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Cənab Prezidentimizə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Nicat Əliyev əməkdar idman ustasıdır.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh