Daxili işlər nazirinin olduğu vertolyot qəzaya düşüb

Qəzalar 17 Fevral 2018 10:29 Oxunub 680
Daxili işlər nazirinin olduğu vertolyot qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyərtəsində olan nazirlə qubernator isə yüngül xəsarətlərlə xilas ola biliblər

Meksikada daxili işlər naziri Alfonso Navarreteni və Oaxaka ştatının qubernatorunun olduğu vertolyot qəzaya düşüb. “Qafqazinfo” xəbər verir ki, bu varədə ölkənin Daxili İşlər Nazirliyinin tvitter hesabına məlumat verilib. Məlumata görə, məmurların olduğu hərbi vertolyot zəlzələdən zərər çəkən bölgələrin üzərindən yoxlama uçuşu həyata keçirirdi. Vertolyotun düşməsi nəticəsində yerdə olan iki nəfər ölüb. Göyərtəsində olan nazirlə qubernator isə yüngül xəsarətlərlə xilas ola biliblər. İlkin məlumata görə, vertolyot 30 metr yüksəklikdə idarəetməni itirib və avtomobilin üzərinə düşüb.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh