İki avtomobil toqquşdu: ölən və xəsarət alan var - Abşeronda

Qəzalar 17 Fevral 2018 12:53 Oxunub 673
İki avtomobil toqquşdu: ölən və xəsarət alan var - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobillə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.

 

Abşeron Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh