Motosiklet yük maşını ilə toqquşdu: xəsarət alan var - Lənkəranda

Qəzalar 17 Fevral 2018 12:56 Oxunub 594
Motosiklet yük maşını ilə toqquşdu: xəsarət alan var - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəran rayonunda motosikletlə yük maşını toqquşub, xəsarət alan var. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi "Muravey" markalı motosiklet "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh