Bakıda dəhşətli qəzanın anbaan görüntüləri - VİDEO

Qəzalar 17 Fevral 2018 13:05 Oxunub 4050
Bakıda dəhşətli qəzanın anbaan görüntüləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Motosiklet və avtomobil cərimə meydançasına yerləşdirilib

Paytaxtda da ağır yol qəzası baş verib. ARB TV xəbər verir ki, motosiklet minik avtomobili ilə toqquşub. Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o, sürətlə gələn motosikleti görməyib. Qəza zamanı motosikleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları müayinələr aparıblar. Motosiklet və avtomobil cərimə meydançasına yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh