"VAZ-2106" "Mercedes"lə toqquşdu: 3 yaralı - Yevlaxda

Qəzalar 17 Fevral 2018 15:10 Oxunub 639
"VAZ-2106" "Mercedes"lə toqquşdu: 3 yaralı - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Valeh Qərib oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və onun sərnişinləri - arvadı, 1968-ci il təvəllüdlü Hicran Əvəz qızı Əliyeva, bacısı, 1958-ci il təvəllüdlü Xanımzər Qərib qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilib. "Mercedes" markalı avtomobildə xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh