Yol qəzasında iki nəfərin ölümünə səbəb olan sürücü tutulub

Qaydalar 17 Fevral 2018 16:53 Oxunub 1473
Yol qəzasında iki nəfərin ölümünə səbəb olan sürücü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Respublikanın polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluqdan daxil olmuş birgə məlumatda bildirilib.

Belə ki, fevralın 14-də saat 20:30 radələrində H.Tağıyev-Sahil qəsəbəsi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Qənbərov Turan Əmrulla oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “Kamaz 5410” markalı 40-BF-988 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı zamanı yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn İsrafilov Sərvan Eldar oğlunun idarə etdiyi “VAZ-21061” markalı 24-BA-711 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü S.İsrafilov və sonuncu avtomobildə olan sərnişin Əliyev Oleq Mahmudoviçin aldıqları xəsarətlərdən hadisə yerində ölməsi və T.Qənbərovun hadisə yerindən qaçması faktlarına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində T.Qənbərov fevralın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

T.Qənbərov iş üzrə Cinayət Məcəlləsinin 263-1.4 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Qaradağ rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh