Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb

Qəzalar 17 Fevral 2018 21:56 Oxunub 532
Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı iki maşın toqquşub

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Samux küçəsi ilə hərəkətdə olan “VAZ-21099” markalı maşın “VAZ-21010” ilə toqquşub. Nəticədə biri gənc, digəri yaşlı şəxs olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada başı yarılan gənc həkim yardımından imtina edib. Digər yaralı – "VAZ-21010”nun 1960-cı il təvəllüdlü sürücüsü Mirzəyev Rafiq Məhəmməd oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh