Yanacaq daşıyan maşının qəzaya uğradı

Qəzalar 17 Fevral 2018 23:05 Oxunub 903
Yanacaq daşıyan maşının qəzaya uğradı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza hava şəraitinin əlverişsiz olması səbəbindən baş verib

Bu gün saat təqribən 15:00 radələrində Gürcüstanın Qombori aşırımında (Kaxetiya regionu) "SOCAR Georgia" şirkətinə yanacaq daşıyan 23 300 litr maye tutumlu "Scania" markalı yanacaqdaşıyan maşın qəzaya uğrayıb. "SOCAR Georgia" şirkətindən "Report"a verilən məlumata görə, hadisə zamanı zərərçəkən olmayıb, sürücü İlqar Şamilov yüngül zədə ilə xilas olub. "Daşınan məhsulun cüzi bir hissəsi yoda dağılıb. Marşrutun dəniz səviyyəsindən 1,650 metr yüksəklikdə yerləşən Gombori hissəsi çətin keçilən yoldur. Aşırımlı yolun qeyri-bərabər relyefi və hava şəraitinin əlverişsiz olması qəza vəziyyəti yaradıb. Maşın və yük sığortalıdır", - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh