Təyyarə evin üzərinə düşdü - Sərnişin öldü, pilot yaralandı

Qəzalar 18 Fevral 2018 07:33 Oxunub 549
Təyyarə evin üzərinə düşdü - Sərnişin öldü, pilot yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölən şəxs təyyarənin məxsus olduğu şirkətin sahibidir

Şənbə günü Venesuelanın Bolivar ştatında kiçik təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində bir nəfər həyatını itirib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Mülki Müdafiə Xidməti məlumat yayıb. "Cessna" təyyarəsi evin üstünə Südad-Bolivar şəhərində düşüb. Ardınca hadisə yerində yanğın başlayıb. Xilasedicilərin ilkin məlumatına görə, təyyarənin pilotu yaralanıb, onun sərnişini - təyyarənin məxsus olduğu şirkətin sahibi alovda yanaraq ölüb.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh