16 yaşlı qızı avtomobil vurub - Abşeronda

Qəzalar 18 Fevral 2018 13:21 Oxunub 582
16 yaşlı qızı avtomobil vurub - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeronda baş vermiş yol nəqliyyat hadisəsində 16 yaşlı qız xəsarət alıb. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Saray qəsəbə sakini Bəyaz İlham qızı Tarverdiyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, məktəblinin vəziyyəti hazırda qənaətbəxşdir. Hadisədən sonra sürücü məsuliyyətə cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh