Sərnişin təyyarəsi qəzaya uğradı: 66 ölü - İsfahan vilayətində

Qəzalar 18 Fevral 2018 14:05 Oxunub 539
Sərnişin təyyarəsi qəzaya uğradı: 66 ölü - İsfahan vilayətində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin və heyət üzvlərinin hamısı həlak olub

İranın hakimiyyət orqanları qəzaya uğramış İsfahan vilayətində təyyarədə neçə nəfərin olması barədə açıqlama veriblər.  "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Ələddin Borucerdi qəzaya uğramış təyyarədə 66 nəfərin olduğunu bildirib. Onun sözlərinə görə, təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub. "ISNA" agentliyi "Aseman Airlines" şirkətinə istinadən təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısının qəza zamanı həlak olduğunu xəbər verib. 

Qeyd edək ki, təyyarə İsfahan vilayətində yerə düşüb. "Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş.

 

***11:34 

 

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. "Report"  xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, içində 60 nəfərin olduğu təyyarə İsfahan vilayətində yerə düşüb.

Yerli telekanal "Press TV" isə bildirib ki, qəza zamanı təyyarədə 66 nəfər olub

"Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş.

 

***11:34

 

 

İranda sərnişin təyyarəsi radarlardan itib. "Report"un məlumatına görə, bu barədə ölkə mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. Təyyarədə 60 nəfərin olduğu ehtimal edilir. Təyyarə "Aseman Airlines" şirkətinə məxsusdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh