Azərbaycana ən çox avtomobil Rusiyadan gətirilir - Artım var

Avtoxəbər 18 Fevral 2018 22:57 Oxunub 1379
Azərbaycana ən çox avtomobil Rusiyadan gətirilir - Artım var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İxrac məhsulları arasında "Skoda Yeti" krassoveri üstünlük təşkil edir

2017-ci ildə Rusiyadan xaricə yeni minik avtomobilləri ixracının həcmi (Gömrük İttifaqına daxil olan ölkələri çıxmaqla) 38,8 min ədədə çatıb ki, bu da 2016-cı ilin göstəricisini 23,3% üstələyir. “Report” xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyi məlumat yayıb. Ən çox maşın Çex Respublikasına göndərilib - 40% və ya 15.7 min ədəd. İkinci yerdə Ukrayna (3,8 min avtomobil) və Latviya (3,4 min ədəd) qərarlaşıb. BƏƏ-yə 3 min, Çin, Macarıstan, Azərbaycan, Özbəkistan və Livana isə mindən 1,5 minə qədər avtomobil ixrac edilib.

İxracda ən böyük pay Çex markası "Skoda"ya məxsusdur. 2017-ci ildə bu markalı 15,7 min avtomobil satılıb ki, onun da 15,6 mini "Yeti" modelinin payına düşüb. İkinci yerdə 25%-dən çox və ya 10.1 min ədəd ixrac edilən avtomobil ilə "Lada" qərarlaşıb. Üçüncü yerdə isə "Renault" durur. İstehsalçı ötən il 3,7 min avtomobil ixrac edib. "Hyundai" və "Volkswagen" hər biri 2000 avtomobil ixrac edə bilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh