Maşın kanala düşdü; sürücü öldü - Ana və övladı xilas edildi

Avtoxəbər 18 Fevral 2018 22:59 Oxunub 1173
Maşın kanala düşdü; sürücü öldü - Ana və övladı xilas edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı avtomobil "Yenicə" adlı su kanalına düşüb

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Naxçıvan şəhər sakini olan Oruc Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb. Hadisə yerinə daha yaxın olan Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmədzadə Selcan Oruc qızı sudan çıxardaraq xəstəxanaya aparıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır. Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb.

Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh