"KamAz"ın sürücüsü magistralda təhlükəli anlar yaşatdı - VİDEO

Avtosfer TV 18 Fevral 2018 23:05 Oxunub 3979
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüklə dolu iri qabaritli maşın yolda bir saat bu vəziyyətdə gedib

Mişar daşı ilə dolu olan yük maşını magistral yolda sürücülərə təhlükəli anlar yaşadıb. Avtosfer.azz-ın məlumatına görə, uzun müddət sol zolaqla hərəkət edən sürücü arxadan gələn digər avtomobillərə mane olub. Görüntülər Bakı-Qazax yolunun Hacıqabuldan keçən hissəsində lentə alınıb. Arxadan gələn sürücü ötmə əməliyyatı etməyə nə qədər cəhd etsə də, buna nail ola bilmir. Hətta o, "KamAz"ın sürücüsünün ona yol verməsi üçün dəfələrlə siqnal verib. Videonu çəkən şəxsin sözlərinə görə, yüklə dolu iri qabaritli maşın yolda bir saat bu vəziyyətdə gedib. "Yol hərəkəti haqqında" qanuna görə, sürücülər sol zolaqdan ötmə və ya dönmə əməliyyatı etmək üçün istifadə etməlidir. Sol zolaqda uzunmüddətli hərəkət ciddi qayda pozuntusudur.

"KamAz" sol zolaqdan uzun müddət istifadə edirsə, digər sürücülər sağdan ötmə etməyə məcbur qalırlar. Ekspertlər deyir ki, belə olan halda sürücü bir neçə qaydanı pozmuş sayılır və ona bir neçə cərimə tətbiq edilə bilər.

Videogörüntüdə yük maşınının dövlət qeydiyyat nişanı da aydın görünür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh