Yolun kənarında cadu edilmiş qıfıl və açar tapıldı - Bakıda - VİDEO

Maraqlı 18 Fevral 2018 23:07 Oxunub 7605
Yolun kənarında cadu edilmiş qıfıl və açar tapıldı - Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar iddia edirlər ki, kimsə bu üsulla cadu elətdirib

Bu dəfə cadu üçün başqa bir üsul seçdilər. Çadu edilmiş qıfıl və açarı ənənəvi olaraq qəbiristanlığa yox, yolun kənarına atdılar. Sabirabad rayon sakinləri Elçin Əşrəfov və Əliəşrəf Şıxıyev Binəqədi rayonu ''Desqa'' yolu adlanan ərazidən keçən zaman yolun kənarıda sellofanın içərisində sapla bağlanmış, üzərində isə maşın açarı olan qıfıl görüblər. Onlar iddia edirlər ki, kimsə bu üsulla cadu elətdirib. Bundan sonra hər iki şəxs sellofandakı qıfıl və açarı götürərək üzərində olan sapı açıblar. Onların sözlərinə görə, bir neçə dəfədir ki, həmin ərazidə belə bir halla qarşılaşırlar. Elə buna görə də cadu edilən bu əşyaları yaxınlıqda olan gölməçənin içərisinə atıblar.

Hadisə şahidlərinin sözlərinə görə, sellofanın içərisində şakil olmayıb.

İlahiyyatçılar isə caduya inanan və maraq göstərən vətəndaşlara tövsiyə edirlər ki, belə xurafatdan uzaq dursunlar. Bununla yanaşı, belə bir halla qarşılaşdıqda isə həmin cadunu məlumatı olan şəxsin yanına aparmalı və həmin cadu xüsusi dualar oxunduqdan sonra yandırılmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh